"Sən də beynəlxalq könüllü ol" adlı məlumatlandırıcı seminar

31-01-2019, 12:30
189

  https://d.radikal.ru/d15/1901/72/18914ec6b58a.jpg


Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral –Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

Tədbirin üçüncü günü proqramın "Yaşa" istiqaməti çərçivəsində "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı, "AIESEC Azərbaycan" Beynəlxalq Tələbə Gənclər Təşkilatının dəstəyi ilə "Sən də beynəlxalq könüllü ol" adlı məlumatlandırıcı seminar keçirilib.

Seminarın məqsədi tələbə-könüllülərin maariflənməsi, xaricdə könüllülük təcrübəsi qazanması üçün imkanların artırılması və Azərbaycanın xaricdə könüllülər tərəfindən yaxşı şəkildə təmsil olunmasına şərait yaradılmasıdır. Tədbirdə 40-a yaxın tələbə-könüllü iştirak edib.

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti ("Yaşa", "Yaşat", "Öyrən", "Öyrət", "Kəşf et", "Zövq al") üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.

Tədbir fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: