DİM-in elektron xidmətlərindən istifadə etmək üçün "Ећəxsi kabinet" yaradanların nəzərinə!

6-02-2019, 06:00
262

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


"Ећəxsi kabinet" yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron "Ећəxsi kabinet"i olmalıdır. "Ећəxsi kabinet" yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Ећəxsi kabinet yarat" düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.

Artıq "Ећəxsi kabinet" yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi aktual nömrə kimi saxlanılır.

"Ећəxsi kabinet" yaradılan zaman mobil telefon nömrəsinin tələb olunmasının üstünlüyü ondan ibarətdir ki, həm zəruri hallarda istifadəçi ilə əlaqə saxlanıla bilər, həm də gələcəkdə "Ећəxsi kabinet"in parolu itirilən zaman kabinetin "parolu unutmuşam" bölməsindən istifadə etməklə SMS vasitəsilə parol mobil telefon nömrəsinə göndərilə bilər. Artıq "Ећəxsi kabinet"i olan, lakin "əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsini qeyd etməyən və ya digər şəxslərə məxsus telefon nömrəsi qeyd olunan istifadəçilərə tövsiyə edirik ki, gələcəkdə bu xidmətdən istifadə etmək üçün "Ећəxsi kabinet"lərinə daxil olub "əlaqə məlumatları" bölməsində özlərinə məxsus mobil telefon nömrəsini qeyd eləsinlər.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: