Rezidenturaya sənəd qəbulu davam edir

21-02-2019, 14:00
241

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


2019/2020-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək

2019-cu il 20 fevral saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib. 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində "Ећəxsi kabinet" yaratdıqdan sonra "Ећəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmır.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: