1 aprel 2019-cu il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilmişdir

9-05-2019, 07:00
127

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Müsahibələrin 15-27 may 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır

Elan üzrə 3 dövlət orqanında mövcud olan 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə 5 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qəbələ "Asan xidmət" mərkəzi, Uçot sektorunda baş məsləhətçi - mühasib (1 vakant yer üzrə 6 namizəd), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İmişli regional "ASAN xidmət" mərkəzi, Uçot sektorunda sektor müdiri - baş mühasib (1 vakant yer üzrə 5 nəfər) vəzifələri olmuşdur.

Müsahibələrin 15-27 may 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: