Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında*

14-05-2019, 00:30
144


Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında* Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov – Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2015-ci il
№ 499
*Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 aprel tarixli 1347 nömrəli və 2018-ci il 23 may tarixli 91 nömrəli fərmanları ilə edilmiş dəyişikliklərlə


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: