16 may 2019-cu il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilmişdir

20-06-2019, 14:00
77

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

Müsahibələrin 1-8 iyul 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır

Elan üzrə 5 dövlət orqanında mövcud olan 26 vakant vəzifə üzrə 30 yer ümumi müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə 45 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə Hesablama Palatası Hüquq və kadr məsələləri şöbəsi, Hüquqi təminat sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 8 namizəd) vəzifəsi olmuşdur.
Müsahibələrin 1-8 iyul 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Mənbə: http://www.dim.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: