Respublikanın çaylarında mövcud vəziyyət

24-08-2019, 03:30
67

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla  40-60 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Avqustun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 115 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Avqustun 23-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 15 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 22 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 156 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Avqustun 23-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 28 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 323 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 23-də isə 318 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 53 sm qeydə alınıb. 2018-ci il avqustun 23-də isə bu rəqəm 197 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm artıb və 73 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 119 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 152 sm olub və bu göstərici 2018-ci il avqustun 23-də 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 sm artaraq 25 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il avqustun 23-də  isə 36 sm təşkil edib.

Mənbə: http://eco.gov.az/


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: