Son dəqiqə:

Dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

24-08-2019, 10:30
103


Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 3 milyon 220 min ton məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 31,5 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 3 min hektar qarğıdalı sahəsindən 14,4 min ton məhsul yığılıb.
Yığım başlanandan sahələrdən 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox kartof, 1 milyon 11,4 min ton (9,3 faiz çox) tərəvəz, 349,8 min ton (13,5 faiz çox) bostan məhsulları, 244 min ton (17,6 faiz çox) meyvə və giləmeyvə, 5,7 min ton (37,5 faiz çox) üzüm, 476 ton (11,1 faiz az) yaşıl çay yarpağı, 2,8 min ton (55,0 faiz çox) günəbaxan, 5,4 min ton şəkər çuğunduru və 2,3 min ton (12,8 faiz çox) tütün yığılıb.

Mənbə:https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: