30 sentyabrda gözlənilən hava şəraiti

30-09-2019, 13:30
93

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-25, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında
Sentyabrın 30-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq.  Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz  23-28, dağlarda gecə 5-10, gündüz  12-17 dərəcə isti təşkil edəcək.

Mənbə: https://eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: