Şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb

19-10-2019, 05:30
384

Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb. 

“aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Qeyd edək ki, cari ilin sentyabr ayının 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Bakı Əl Oyunları İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında şair-publisist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilmişdi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mənbə: http://edebiyyat-az.com


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: