Respublikanın çaylarında mövcud vəziyyət

21-10-2019, 14:15
48

https://c.radikal.ru/c39/1810/d8/909f3876211e.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla  30-70 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 79 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 94 m3/s olmaqla, ongünlük normadan az olunub.
Oktyabrın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 48  faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66,5 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Oktyabrın 21-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 fazini təşkil edir. Bu rəqəm 2018-ci ildə 60 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 313 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 21-də isə 339 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm azalaraq 161 sm qeydə alınıb. 2018-ci il oktyabrın 21-də isə bu rəqəm 194 sm təşkil edib. Salyanda suyun səviyyəsi 6 sm azalıb və 75 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi dəyişməyərək 18 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 21-də isə 35 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 2 sm azalaraq 147 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 21-də 167 sm qeydə alınıb.

Mənbə: http://eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: