Respublikanın çaylarında mövcud vəziyyət

25-10-2019, 13:30
60

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla  20-40 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Oktyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 m3/s olmaqla, ongünlük normadan az olub.
Oktyabrın 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 48 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66,5 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Oktyabrın 25-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 70 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 60 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 312 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 25-də isə 338 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 133 sm qeydə alınıb. 2018-ci il oktyabrın 25-də isə bu rəqəm 200 sm təşkil edib. Salyanda suyun səviyyəsi dəyişməmiş və 53 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 139 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 15 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 25-də isə 43 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 2 sm azalaraq 137 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 25-də 167 sm qeydə alınıb.

Mənbə: http://eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: