“Simo Educacion 2019” beynəlxalq İKT sərgisi keçiriləcək

9-11-2019, 07:30
42

Noyabrın 5-11-də İspaniyanın paytaxtı Madrid şəhərində “Simo Educacion 2019” beynəlxalq İKT sərgisi keçiriləcək.
AZƏRTAC sərginin rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə təhsil sahəsində geniş istifadə olunan informasiya texnologiyaları – bulud texnologiyaları, robot texnikası, 3D çap, məktəblilər üçün innovativ avadanlıq nümayiş olunacaq.
Sərgi çərçivəsində təhsil müəssisələrinin və tədris mərkəzlərinin rəhbərləri üçün innovativ təcrübə, konfrans, dəyirmi masa və sessiyalar təşkil olunacaq.


Mənbə: http://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: