Beynəlxalq festivalda növbəti uğur

14-11-2019, 11:00
270

Belarus Respublikasının Minsk şəhərində uşaq və gənclərin “Sərhədsiz yaradıcılıq” adlı V Beynəlxalq festival-müsabiqəsi keçirilib. Beynəlxalq festivala qatılan 10 ölkənin uşaq və gəncləri rəqs və vokal nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər.
Festivalda iştirak edən Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri  ölkəmizi layiqincə təmsil ediblər. Mərkəzin 5 istedadlı dərnək üzvünün ifasında səslənən mahnı və rəqs nömrələri  münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. 
Nəticələrə əsasən, milli rəqs nominasiyası üzrə  “Mənim Azərbaycanım” rəqsi I, vokal nominasiyası üzrə dərnək üzvü Əli Zeynallının ifasında “Azərbaycan” mahnısı  isə II yerə layiq görülüb.
Sonda müsabiqə qalibləri diplomlarla təltif olunublar. 
Qeyd edək ki, festival incəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və hərtərəfli dəstəklənməsi, yaradıcılıq və beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, vokal, xoreoqrafiya sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təşkil olunub.


Mənbə: https://edu.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: