«Azərikimya» İB-də «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verildi

16-11-2019, 17:00
250

GÜNDƏLİK.İNFO  xəbər verir ki, 15 noyabr 2019-cu il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verdi.

Birliyin akt zalında keçirilən, «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı Sumqayıtda yerləşən idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərlərinin, səhiyyə şöbəsinin, özəl klinikaların baş həkimlərinin – ümumilıkdə isə 20-dən artıq qurumu təmsil edən insanların iştirak etdiyi tədbirdə çıxış edənlər 10 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsi hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarının isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların diqqətinə çatdırmışlar.


Vurğulanmışdır ki, 15 gün davam edəcək aksiyada əldə olunan paltarlar, əlil arabaları və digər ləvazimatlar «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə xeyriyyə aksiyasına qoşulanların iştirakı ilə ehtiyacı olan və əvvəlcədən müəyyənləşdirilərək siyahıya alınan uşaqlara paylanacaqdır.

«Azərikimya» İstehsalat Birliyinin nümayəndəsi Rafiq Oday və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə və müəssisə rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını bildirdilər.




Mənbə: http://gundelik.info

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: