19 noyabrda gözlənilən hava şəraiti

18-11-2019, 14:00
112


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  10-13, Bakıda gecə   4-6, gündüz  11-13 dərəcə  isti  təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında
Noyabrın 19-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə  sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  bəzi yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.


Mənbə: http://eco.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: