Azərbaycan şirkəti Serbiyada yol tikəcək

19-11-2019, 06:00
146

Azərbaycanın "AzVirt" şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.
Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.
Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycan Respublikasından alınacaq kredit də sərf olunacaq.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: