Milli Dirçəliş Gününə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub

19-11-2019, 07:00
104

Gəncə Olimpiya İdman Kompleksində Milli Dirçəliş Gününə həsr olunmuş uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında növbəti respublika turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200-ə yaxın idmançı iştirak edib.
Turnirdə medal sayına görə "Gəncə" klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Arktika" klubu yarışda ikinci, "Anar" idman klubu isə üçüncü olub.
Qeyd edək ki, turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları qatılıblar.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: