ABŞ-ın neft ehtiyatları azalıb

5-12-2019, 09:30
196

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4,9 milyon barrel (1,1 faiz) azalaraq 447,1 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,6 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 1 milyon barrel (0,2 faiz) geriləyərək 635,2 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,4 milyon barrel (1,5 faiz) artaraq 229,4 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,8 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 5,1 milyon barrel çoxalmışdı.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: