Gimnastika Məktəbi yetirmələrinin uğuru

11-12-2019, 12:00
70

Gimnastika Məktəbi yetirmələrinin uğuru



Yaponiyanın paytaxtı Tokioda Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışları keçirilib. Azərbaycanı təmsil edən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri bu yarışa uğurla qatılıblar. Belə ki, onlar tamblinq və batut gimnastikası  üzrə milli yığma komandanın heyətində yüksək nəticə əldə ediblər.
Yığma komandanın tərkibində Aleksey Karataşov 11-12 yaş oğlanlar arasında tamblinq üzrə yarışlarında qızıl, Hüseyn Abbasov və Maqsud Maqsudov 11-12 yaş oğlanlar arasında batut gimnastikası üzrə sinxron çıxışlarda gümüş,  Maqsud Mahsudov eyni zamanda fərdi çıxışlarda qızıl medala layiq görülüb.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: