29 dekabr 2019-cu il tarixində «Azərikimya» İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vuruldu

30-12-2019, 14:39
160

29 dekabr 2019-cu il tarixində «Azərikimya» İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vuruldu





29 dekabr 2019-cu il tarixində «Azərikimya» İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vuruldu.
Birliyin akt zalında keçirilən tədbirdə «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsini sədri Vaqif Ömərov, tədbirin aparıcısı, mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist Rafiq Oday və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək qeyd etmişlər ki, 10 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın indiyə qədər əsas qayəsini aztəminatlı ailələrin uşaqlarının, həmçinin sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin olunması təşkil etmişdir. Və ötən dövr ərzində bu aksiya nəticəsində minlərlə insana yardım edilmişdir. Natiqlər onların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə bir ay davam edən aksiya nəticəsində əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin və aksiyaya qoşulan idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə nəzərdə tutulmuş insanlara paylanılmışdır. Ümumilikdə bu dəfəki aksiyadan 200 nəfərə yaxın insan bəhrələnmişdir.
“Azərikimya” İstehsalat Birliyi, Etilen-Polietilen zavodu, “Qartal” Tikinti firması, “SOCAR-Polymer” MMC, SOCAR Karbamid zavodu, "Paşa Həyat Sığorta", "Paşa Sığorta", Səhiyyə şöbəsi, Unikal və Qəlb Klinikaları, "Müasir Stomatologiya Mərkəzi" budəfəki xeyriyyə aksiyasında daha fəal iştirak etmişdir.
Tədbirə qatılan idarə, müəssisə və təşkilatların rəhbərlərinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tərəfindən Təşəkkürnamələr təqdim olundu.
Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllülləri aksiyada yaxından iştirak etmişdir.


Mənbə: S O C A R "Azərikimya" İB

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: