Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təbrik məktubu

31-12-2019, 09:00
197

Əziz və dəyərli dostlar, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, jurnalist həmkarlarım, şair dostlarım,

Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə fəaliyyət göstərən gundelik.info və edebiyyat-az.com saytları adından, "Dan yeri" Ədəbi Birliyi adından, təsisçisi və və baş redaktoru olduğum "Möhtəşəm Azərbaycan" qəzetinin yaradıcı kollektivi adından, çalışdığım SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti adından Sizin hər biriniz başda olmaqla - xalqımızı və dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni - 2020 ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, həyatda möhkəm can sağlığı, problemsiz ömür-gün, süfrənizə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində gördüyünüz məqsədyönlü işlərdə yeni-yeni nailiyyətlər arzulayıram.
Birliyimiz və həmrəyliyimiz heç zaman sarsılmasın!
Bayramımız mübarək olsun!

Sevgi və sayğılarla: Rafiq Oday,
şair-publisist, respublikanın Əməkdar jurnalisti


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: