5 fevralda gözlənilən hava şəraiti

4-02-2020, 09:00
173

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 5-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb  küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-14, Bakıda  gecə 5-7, gündüz  11-13 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi  758 mm civə sütunundan 762 mm civə sütununa  yüksələcək, nisbi rütubət  gecə 60-70 gündüz 45-50 faiz olacaq.  
 
Azərbaycanın rayonlarında
Fevralın 5-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 
Havanın temperaturu  gecə  2-7, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  4-9 dərəcə isti  olacaq. 
 
Tibbi-meteoroloji proqnoz
Fevralın 05-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: