Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Ağsu rayonunda vətəndaşları qəbul edəcək

14-02-2020, 16:45
77

Qəbulda Ağsu və Göyçay rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər

Vətəndaşların qəbulu fevralın 20-də saat 11:00-da Ağsu şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində (ünvan: M.Ə.Rəsulzadə küçəsi,174) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Göyçay Regional Bölməsinə müraciət etmələri (əlaqə tel.: 020 274 66 74) xahiş olunur.
Bundan əlavə, qəbula gəlmək istəyənlər Ağsu və Göyçay Rayon Təhsil Şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: