15 fevralda gözlənilən hava şəraiti

14-02-2020, 18:00
84

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 15-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz  7-10, Bakıda  gecə 2-4,  gündüz  8-10 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi  776 mm civə sütunundan 771 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  
Azərbaycanın rayonlarında
Fevralın 15-də havaəsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz  7-12 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-4 dərəcə isti  olacaq. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: