19-20 fevral 2020-ci il tarixlərində fizika, rus dili, biologiya, tarix fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

21-02-2020, 17:30
123

Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər

Fizika, biologiya və tarix fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən ev tapşırığı kimi hazırlanmış referatlar təqdim olunub. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Məşğələnin sonunda iştirakçılar kalibrləmə prosesi ilə tanış olublar.
Kalibrləmə prosesindən uğurla keçmiş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.
Rus dili fənni üzrə məşğələnin mövzusu isə “Qiymətləndirmə meyarlarının hazırlanması” olub.
Növbəti həftə fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının məşğələləri davam etdiriləcək.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: