Zoğalın tumu, şirəsi, yarpağı, kökü və ondan hazırlanan mürəbbə də dərman təsiri göstərir

22-02-2020, 09:00
163

Yazın nəfəsi duyulan kimi ilkin çiçək açan ağaclardan biri zoğaldır. Zoğal o meyvələrdəndir ki, onu əkib-becərmək, bar vədəsinə çıxarmaq heç bir zəhmət və qulluq tələb etmir.
AZƏRTAC xəbər verir ki, zoğalın tərkibində vitamin, mineral və güclü antioksidantlar olduğuna görə onun mütəmadi istifadəsi immun sistemini gücləndirir, maddələr mübadiləsini nizamlayır. Ondan bir sıra mədə problemlərini aradan qaldırmaq üçün də istifadə edirlər.
Zoğal şirəsinə bal və yumurta sarısı qataraq onunla qarın yatalağını müalicə edirlər. Buna görə də xalq təbabətində zoğaldan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Qurudulmuş zoğal tumu əzilərək üyüdüləndən sonra unla qarışdırılaraq sağalmayan yaraların üzərinə qoyulur.
Zoğaldan bədənin duz balansını tənzimləmək üçün də faydalanmaq mümkündür. Çin təbabətində ona vərəm əleyhinə və qulaqda küyə qarşı vasitə kimi baxılır. Onun meyvələrindən hazırlanan mürəbbə soyuqdəymənin qarşısının alınmasında təbii vasitə sayılır.
Qədim zamanlarda zoğalın tum və kökündən malyariyanın müalicə olunması üçün istifadə edirdilər. Qurudulmuş zoğal və onun yarpaqlarını üç il müddətində saxlamaq mümkündür və həmin dövrdə müalicəvi təsirini itirmir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: