Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

11-03-2020, 13:00
157

Ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il 11 mart saat 23:59-da başa çatacaq.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan  tanış ola bilərsiniz.
11 mart saat 09:10-a olan məlumata əsasən 17562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: