AMADA koronovirusla mübarizə kampaniyasına vəsait ayırı

27-03-2020, 02:00
26

Saf idmanı daim dəstəkləyən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə COVID-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Korporativ Sosial Məsuliyyət strategiyasını rəhbər tutaraq AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib. Bu məbləğ virusla mübarizə fondunun hesabına köçürülüb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: