Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb

27-03-2020, 02:30
41

Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb.
Özbəkistan Xüsusi Respublika Komissiyasından AZƏRTAC-ın müxbirinə bildiriblər ki, martın 26-da bu virusa yoluxanların sayı 65 nəfər olub. Sutka ərzində 15 nəfərdə koronavirus aşkarlanıb. Bildirilib ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağır olaraq qalır. Koronavirusa yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Ölkədə hazırda xəstəxana və ev şəraitində karantində qalanların sayı 28 mindən çoxdur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: