“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2020-ci il tarixli Fərmanı

2-04-2020, 11:30
81

Dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.1.15-1-ci yarımbənd əlavə edilib:
“2.1.15-1. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır;”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2012-ci ildən fəaliyyət göstərən “Şagird-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə ümumtəhsil müəssisələrinin şagirdləri, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş subbakalavrlar, bakalavrlar və magistrlər haqqında məlumatların qeydiyyatını aparır.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: