Uşaq yazıçısı, professor Solmaz Amanova uşaqlarla online yayımda

2-04-2020, 15:00
146

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu uşaq yazıçısı, professor, Solmaz Amanova aprelin 7-də saat 15.00-da uşaqlarla canlı yayımda görüş təşkil edəcək.
Solmaz Amanova bu görüşü dünyanı cənginə alan, minlərlə can alan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "pandemiya" elan etdiyi yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üçün etdiyi "Evdə qal, həyatları xilas et!" və Baş İdarənin #evdeqal #pozitivol çağırışına dəstək olaraq təşkil edir.
Canlı yayımda yazıçı yeni yazdığı şeir və nağıllarını uşaqlara ərmağan edəcək.
Bu elan MKS-in sosial şəbəkələrində də yayımlanıb. 


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: