Latviyada koronavirusa yoluxanların sayı artır

4-04-2020, 06:00
281

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 35 nəfər artaraq 493-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 198 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə min 364 nəfərdən 35-nin analiz nəticələri müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa 


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: