Futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin vaxtı dəyişib

12-04-2020, 04:00
178


UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin vaxtını dəyişib.
AZƏRTAC xəbər verir ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: