Suraxanı rayon sakini S.Rüstəmov saxlanılmış, ondan marixuana aşkar edilərək götürülmüşdür

8-05-2020, 01:00
148

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Suraxanı qəsəbə sakini S.Rüstəmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 439 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.


Mənbə: https://www.mia.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: