Türkiyə və ABЕћ İЕћİD-ə qarşı əməliyyata başlayacaqlar

24-08-2015, 17:30
1 165

http://s020.radikal.ru/i707/1508/24/5637da5a8dd8.jpg


"Bu əməliyyat prezident Bəşər Əsədə ismarıc olacaq".

Türkiyə və ABЕћ HHQ (Hərbi hava qüvvələri) gücü ilə "İslam Dövləti" (İЕћİD) terror qruplaşmasının Suriyanın şimalında yerləşən mövqelərinə zərbələr endirmək barədə razılığa gəliblər.

Bu barədə bazar ertəsi Türkiyə DİN-nin rəhbəri Mövlud Çavuşoğlu Reuters agentliyinə müsahibəsində bildirib.

"Dünən (bazar günü) texniki aspektlər üzrə danışıqlar aparılıb. Yaxın günlərdə İЕћİD-ə qarşı kompleks əməliyyata başlayacağıq. Bu əməliyyata Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Böyük Britaniya və Fransa da qoşula bilər", - o deyib.

Nazirin sözlərinə görə, zərbələrin endiriləcəyi rayon Suriyanın Türkiyə ilə həmsərhəd olan şimal hissəsi olacaq, burada Ankara daha öncə təhlükəsizlik zonası yaratmağı planlayırdı.

"Bu əməliyyat həm də prezident Bəşər Əsədə ismarıc olacaq və onun administrasiyasına, böhranın siyasi həlli yolunu tapmaq üçün danışıqlar masasına oturmağa görə təzyiq göstərməyə yardım edəcək", - Çavuşoğlu qeyd edib.

O həmçinin əlavə edib ki, Suriya Kürd Demokratik vəhdət partiyası əgər öz mövqeyini kardinal şəkildə dəyişməsə, İЕћİD-dən azad zonanın bir hissəsi olmayacaq. Onun sözlərinə görə, Suriya kürdləri Suriyanın ərazi bütövlüyü üçün döyüşmürlər. (Oxu.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: