Elektron kitabxananı necə idarə etmək olar?

24-08-2015, 19:00
1 009

http://s017.radikal.ru/i419/1508/28/85e71e92199c.jpg


Sentyabrın 17-də dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də, digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün "Elektron Kitabxana İdarəedilməsi" mövzusunda təlim keçiriləcək.

Ultra şirkətindən verilən məlumata görə, xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Təlimdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.

Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə edəcəklər. Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarına sertifikat təqdim olunacaq.

Sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə kompanenti tətbiq edilib.

Qeydiyyat üçün linkə daxil olub anketi doldurmaq lazımdır. (Xeberler.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: