Yüksək məhsuldarlıqlı kvant kompüteri təqdim olunub

24-08-2015, 20:00
993

http://s019.radikal.ru/i601/1508/13/fd843c082e44.jpg


D-Wave Systems şirkəti məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə qabaqlayan "D-Wave 2X" kvant kompüterini istifadəyə verib.

"D-Wave 2x" sözügedən şirkət tərəfindən yaradılmış üçüncü kvant kompüteridir və min kubitdən ibarətdir: bu göstərici əvvəlki modeldən iki dəfə yüksəkdir. Bundan başqa, yeni kompüter əvvəlki ilə müqayisədə iki dəfə daha az səslə, 15 millikelvindən aşağı temperaturda işləyir.

Ећirkət tərəfindən ixtisaslaşdırılmış proqram təminatı ilə keçirilmiş sınaqların nəticələrinə əsasən, yeni qurğu ənənəvi kompüterlə müqayisədə optimallaşdırma məsələlərini 600 dəfə daha sürətli həll edir.

Qərargahı Kanadada yerləşən D-Wave Systems şirkəti hazırda dünyada hazırladığı kvant kompüterlərini satan yeganə şirkətdir. Google və NASA bu şirkətin müştərisidir.

Qeyd edək ki, kvant kompüteri ənənəvi kompüterdən fərqli olaraq kvant mexanikasının qanunları əsasında işləyir. Belə ki, kvant kompüterində hesablamalar kubitlərdən istifadəyə əsaslanır. (Xeberler.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: