Enerjisi tükənməyən batareya hazırlanır

24-08-2015, 21:00
1 101

http://s019.radikal.ru/i628/1508/8a/f1550c06dcc8.jpg


MIT (Massachusetts Institute of Technology) və Samsung bütün mobil telefonların problemi olan batareyaların tutumunu sonsuz edəcək.

Samsung və MIT yeni batareya texnologiyası üzərində işləyir. Hər iki şirkətin işlədiyi layihənin məqsədi batareyaların sonsuz zaman müddətində tutumunu təmin etməkdir.

Hazırda istifadə olunan batareyaların tərkibində kimyəvi maye olsa da, Samsung və MIT bu tərkibi material ilə əvəz edəcək. Araşdırmalara görə, material texnologiyasının mövcud batareyalardan daha çox enerji saxladığı və sonsuza qədər də saxlayacağı düşünülür.

Yeni batareya texnologiyası üçün Samsung və MIT labaratoriyada elmi işçiləri və mühəndisləri bir araya toplayıb.Yeni batareyaların istifadəyə veriləcəyi barədə isə dəqiq məlumat verilməyib. (Xeberler.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: