Co Bayden prezidentliyə namizəd ola bilər

25-08-2015, 10:30
1 007

http://s020.radikal.ru/i705/1508/3a/19201d641285.jpg


ABЕћ prezidenti Barak Obama vitse-prezident Co Baydenin 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsinə xeyir-dua verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Demokratlar Partiyasındakı etibarlı mənbə məlumat verib.

Ancaq prezident seçkilərində iştirak edib-etməməklə qərarı Bayden özü qəbul etməlidir. Məlumatda bildirilir ki, Obama çox açıq şəkildə onun yolunu kəsməyəcəyini və fikrindən daşındırmağa cəhd etməyəcəyini deyib.

Bildirildiyinə görə, ABЕћ-ın vitse-prezidenti prezidentlik uğrunda yarışa qoşulmağa meyllidir, ancaq konkret qərar hələ ki qəbul etməyib. Bayden indi yalnız Demokratlar Partiyasının nüfuzlu üzvləri ilə namizədliyinin dəstəklənməsi perspektivi ilə bağlı müzakirələr aparır.

Eyni zamanda top-demokratların çoxu artıq keçmiş dövlət katibi Hillari Klintonun namizədliyini dəstəkləyiblər. Obamanın keçmiş müşavirlərinin bir çoxu isə deyib ki, əgər Bayden seçki yarışına qoşularsa, onun namizədliyini dəstəkləyəcəklər. (Afn.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: