Elektron kitabxana resursu yeniləndi

25-08-2015, 11:30
1 243

http://s019.radikal.ru/i621/1508/c1/14163028a9df.jpg


Azərbaycan dilində fəaliyyət göstərən elektron kitabxana resursu ( e-book.az) istifadəçilərə yeni versiyada təqdim olunub.

Saytın yeni versiyası ilə bu linkdən tanış olmaq mümkündür.

Resursda Azərbaycan dilində olan müxtəlif kitabların elektron versiyaları vahid bazada cəmləşdirilib və bu da oxucuların həmin resursdan istifadəsini asanlaşdırıb.

Elektron kitabxanadakı materiallar bir sıra kateqoriyalara görə sıralanaraq saytda axtarış sistemini asanlaşdırıb. Bazada kitabların əksəriyyəti istifadəçilər tərəfindən yerləşdirilib. Belə ki, istifadəçilər qeydiyyatdan keçərək, Azərbaycan dilində olan vəsaitləri resursa yerləşdirə bilirlər.

Qeydiyyatdan keçən istifadəçilər resursda rəy də yaza bilərlər.

E-book.az resursu 2013-cü ildən fəaliyyətə başlayıb. Elektron kitabxanada Azərbaycan dilində olan kitabların elektron forması toplanıb. (Xeberler.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: