Avropa Komissiyası Google-u araşdırır

25-08-2015, 11:50
1 552

http://s011.radikal.ru/i318/1508/e8/a2e3c57e4264.jpg


Avropa Komissiyası Google şirkəti ilə bağlı antiinhisar araşdırmaları davam etdirir. Avropa tənzimləyici orqanı internet nəhənginin iş üsulu haqqında daha çox məlumat əldə etmək məqsədilə İT bazarının iştirakçılarına sorğu göndərib. Bu barədə The Wall Street Journal (WSJ) nəşri materiallara istinadən məlumat verib.

Ећirkətlərdən son dörd ildə Google ilə imzalanan reklam sazişlərinin surətlərini təqdim etmək, eləcə də ABЕћ şirkəti tərəfindən rəqib şirkətlərə məxsus təsvirlərin və digər kontentin mümkün surətinin çıxarılması haqqında məlumat vermək xahiş olunur.

Qeyd edək ki, antiinhisar qanunvericiliyinin pozulmasına görə Google şirkətini 5 milyard dollar məbləğində cərimə gözləyir ki, bu da mədaxilin 10 faizinə bərabərdir. Faktla bağlı son qərarın 2015-ci ilin sonunadək veriləcəyi gözlənilir. (Xeberler.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: