Azərbaycan Cənubi Afrika "Mbombe"si ilə maraqlanır

25-08-2015, 13:00
1 025

Azərbaycan Cənubi Afrika "Mbombe"si ilə maraqlanır


HZM-nın istehsalat tarixləri açıqlanmır.

Azərbaycan Müdafiə Nazirliyi Hərbi zirehli maşın (HZM) "Mbombe"ni Qazaxıstandan almaq imkanlarını nəzərdən keçirir. Bu barədə Rusiya Dünya Silah Alverinin Təhlili Mərkəzi (DSATM) Amerika hərbi icmalı Defense News-a istinadən bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstanda yığılmış yeni zirehli maşınları əldə etməyi planlaşdırır. Bu maşınlar Cənubi Afrikanın Paramount Group şirkətinin layihəsi üzrə istehsal ediləcək.

Zirehli texnikanın çatdırılması üzrə müqavilə 2015-ci ilin sonunda imzalanmalıdır. Planlaşdırılan razılığın qiyməti və alınan maşınların sayı açıqlanmır.

Defense News-un mənbəsinin məlumatına müvafiq olaraq "Qazaxıstan injiniring" şirkətində söhbət Azərbaycan Silahlı Qüvvələrinin 6x6 təkər formulası olan "Mbombe" HZM-nın (Qazaxıstanda maşın "Barıs" adını alıb) çatdırılmasından gedir. Azərbaycandan başqa bu zirehli maşının əldə etmə imkanını Braziliya və Qabon silahlı qüvvələri də nəzərdən keçirir.

HZM istehsalının başlanmasının tarixi açıqlanmır, amma Qazaxıstan 2018-ci ildə ən azı 120 ədəd maşın yığmaq fikrindədir. Lazım olduğu halda istehsalat həcmi 360 zirehli maşına qədər arta bilər, bu barədə DSATM-dan bildirilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: