Sumqayıt sərnişin stansiyası sökülməyə başladı

25-08-2015, 15:00
893

Sumqayıt sərnişin stansiyası sökülməyə başladı


52 məcburi köçkün ailəsi "ADY"-nin binasından çıxarıldı.

Sumqayıt sərnişin stansiyasının binası bu gündən etibarən sökülməyə başlanılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

N. Əzməmmədov deyib ki, stansiyada yaşayan 52 məcburi köçkün ailə köçürülüb, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrılıb.

Onun sözlərinə görə, bu söküntü işləri bir həftəyə qədər davam edəcək:

"Binanın demək olar ki, yarısı sökülüb. Söküntü işləri bir həftəyə qədər davam edəcək".

Mətbuat xidmətinin rəhbəri sökülən sərnişin stansiyasının yerində müasir sərnişin stansiyasının yaradılacağını da qeyd edib:

"Söküntü işləri yekunlaşdıqdan sonra, sərnişinlərin qəbulu üçün müvəqqəti stansiya yaradılacaq. Sonra isə onun yerində müasir stansiyasının tikilməsi nəzərdə tutulub" - deyə, Əzməmmədov əlavə edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: