Azərbaycan yığmasının oyunları da CBC-də

25-08-2015, 18:00
1 141

http://i003.radikal.ru/1508/b8/31f6a67c5c41.jpg


Hər iki oyun "Dalğa Arena"da keçiriləcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2017-nin seçmə mərhələsində keçirəcəyi ilk iki ev oyunu canlı yayımlanacaq.

Sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığması ilə baş tutacaq qarşılaşmalar "CBC Sport" televiziyası vasitəsi ilə azarkeşlərə nümayiş olunacaq.

Topaz Premyer Liqasının qarşılaşmalarının yayım hüququna yiyələnən telekanal ilk dəfə U-21-in qarşılaşmalarını yayımlayacaq.

Qeyd edək ki, hər iki oyun "Dalğa Arena"da keçiriləcək. Qarşılaşmalar saat 20:00-da başlayacaq. (Oxu.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: