Yaponiya süni intellektin inkişafına sərmayə yatıracaq

26-08-2015, 13:00
867

http://s019.radikal.ru/i643/1508/e5/67bf2409d502.jpg


Yaponiya Təhsil, İdman, Elm və Texnologiyalar Nazirliyi ölkə hökumətindən süni intellekt texnologiyaları sahəsində tədqiqatların aparılması üçün 10 milyard yen (83,4 milyon dollar) ayrılmasını xahiş etmək niyyətindədir.

Yaponiya hakimiyyəti nümayəndələrinin fikrincə, süni intellekt texnologiyalarının inkişafı gələcəkdə robotların insanın gündəlik həyatına tətbiq edilməsi üçün lazımdır.

Son vaxtlar Gündoğar ölkədə insanların həyatını asanlaşdırmağa yönələn yeni Android sistemli robot köməkçilər hazırlanır. Məsələn, bu yaxınlarda NTT şirkəti ahıllar üçün məişət texnikası ilə birgə işləyən və insanın iştirakı olmadan bir neçə prosesi idarə edə bilən robot təqdim edib.

Süni intellektin tətbiqi üçün əsl irəliləyişin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının olacağı gözlənilir. Belə ki, Yaponiya ən müasir texnologiyaları nümayiş etdirməklə idman bayramının çoxsaylı qonaqlarına yardım edəcək qonaqpərvər robotlar yaratmaq niyyətindədir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: