"Ömür Bir Günlük Yuxudur"...

27-08-2015, 22:00
1 415

http://s019.radikal.ru/i606/1508/83/50d51cc50514.jpg


http://s009.radikal.ru/i308/1508/17/5b54bd3e7f53.jpg


http://s58.radikal.ru/i162/1508/8c/968c933ec06e.jpg


Bu gün Kitab Evim.Az Ədəbiyyat aləminin dəyərli qələm sahiblərindən biri, gənc yazar Vasif Zöhraboğlunun "Ömür Bir Günlük Yuxudur" kitabının təqdimat mərasimini qeyd etdi.

Artıq az qalmışdı qaranlıq düşə,
Yolları görməyə göz işləmirdi.
Ya sən gecikmişdin o gün görüşə,
Ya mənim saatım düz işləmirdi.

Tədbir AYB-nin üzvü, DGYTB-nin idarə heyətinin üzvü, dəyərli şair Emil Rasimoğlunun ilk tədbiri açılışı ilə başladı. Vasif Zöhraboğlu haqqında qısaca məlumat verdikdən sonra, ilk olaraq söz DGYTB-nin başkanı, hörmətli şairimiz Əkbər Qoşalıya verildi. Əkbər müəllim həmişəki kimi gənc yazarların yanındaydı. Eyni zamanda, AYB-nin üzvləri, dəyərli şairlərimiz Ayaz Arabaçı, Fərqanə Mehdiyeva,İbrahim İlyaslı, İlqar Türkoğlu, Narıngül Babayeva, Solmaz Əliqızı, Bakı Slavyan Universitetinin müəllimi Cavanşir müəllim, Yaradıcılıq fakültəsinin dekan müavini Manaf Kərimov, Media işçiləri, Gündəlik İnformasiya Agentliyinin təsisçisi Kamran Murquzov, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi Kənan Aydınoğlu, gənc yazar və tənqidçilərdən, Seyran İsmayıl, Gülnar Səma, gənc yazar və bədii qiraətçi Ülkər Piriyeva, gənc yazarlardan Ећəhanə Müşfiq, Nofəl Ümid , Sərvər Kamranlı və digərləri iştirak edirdi. Bədii qiraətçi Ülkər Piriyeva həmçinin gənc şairin bir şeirini səslləndirdi. Ustadlara və gənclərə söz verildi. Hər kəs Vasif bəy və onun kitabı haqqında dəyərli fikirlərini söylədi.
Biz də, gənc yazar Vasif bəyə Ömür bir günlük yuxudur kitabi münasibətilə səmimi qəlbdən təbrik edir.
Arzu edirik ki, bir günlük yuxu kimi də olsa, Ömür yolunu həyat yoldaşı Bənövşə xanımla birgə möhtəşəm yaşasın.

Ећəfa Piriyeva- Gənc Yazar, BSU-nun, Yaradıcılıq fakültəsinin dinləyicisi


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: