Daşınan qurğular ilə ödənişlərin illik həcmi artacaq

29-08-2015, 05:30
953

http://s017.radikal.ru/i425/1508/04/4ac5ce642942.jpg


Tractica şirkəti tərəfindən bu yaxınlarda keçirilən tədqiqata görə, 2020-ci ilədək daşınan qurğular vasitəsilə həyata keçirilən tranzaksiyaların illik həcmi 501 milyard dollar təşkil edə bilər.

Ећirkət fiziki POS-terminallarda ağıllı saatlar, fitnes-treker və ödəniş qolbaqları kimi müxtəlif daşınan qurğulardan istifadə etməklə edilən kontaktsız ödənişlər bazarının imkanlarını təhlil edib.

Ekspertlərin fikrincə, daşınan qurğular ilə ödənişlər bütün mobil tranzaksiyaların 20 faizini və pərakəndə satışda ümumi nağdsız ödənişlərin 1 faizini təşkil edə bilər. Bununla yanaşı, daşınan elektronika vasitəsilə ödənişlərin 50 trilyon dolları ötəcəyi gözlənilir.

Ödənişləri həyata keçirmək üçün daşınan qurğular müxtəlif texnologiyalardan, o cümlədən NFC, RFID (radiotezlik identifikasiyası), QR-kodlar və ştrix-kodlardan istifadə edir. Bundan başqa, kontaktsız POS-terminallar və mobil ödənişlərin qəbulu üçün istifadə edilən ödənişlərin emalı üçün infrastruktur da daşınan qurğulardan ödənişləri qəbul edir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: