Hansı ölkədə internet daha sürətlidir?

29-08-2015, 06:00
1 047

http://s020.radikal.ru/i708/1508/d6/b3e8ae792235.jpg


Akamai Technologies şirkəti tərəfindən 2014-cü ilin sonuncu rübü üçün internet bağlantılarının sürətinin təhlilinin nəticələri üzrə tərtib edilən siyahıda Cənubi Koreya birinci yeri tutub. Ölkədə orta 22,2 Mbit/saniyə sürətində bağlantı göstəricisi yaxın izləyici ölkələrdən xeyli uzaqlaşmağa imkan verib. Ötən illə müqayisədə sürət 1,6 faiz artıb.

İkinci yerdə orta sürətin 16,8 Mbit/saniyə olduğu Honkonq qərarlaşıb. Sürət ötən illə müqayisədə 37 faiz yüksəlib.

Reytinqdə üçüncü yerə Yaponiya layiq görülüb. Burada orta sürət 15,2 Mbit/saniyə olmaqla ötən ilə nisbətdə 16 faiz artıb.

Dördüncü pillədə sürət göstəricisi 14,6 Mbit/saniyə təşkil edən İsveç qərarlaşıb. Sürətdə ötən illə müqayisədə 34 faiz artım qeydə alınıb.

Beşinci yerdə orta sürəti 15,2 Mbit/saniyə olan İsveçrə qərarlaşıb. Ötən illə müqayisədə sürət 21 faiz yüksəlib.

Altıncı mövqedə sürət göstəricisi 14,2 Mbit/saniyə təşkil edən Niderlanddır. Bu ölkənin sürət göstəricisi ötən illə müqayisədə 15 faiz artıb.

Siyahıda yeddinci yerdə 13 Mbit/saniyə göstəricisi ilə Latviya yer alıb. Sürət ötən illə müqayisədə 25 faiz yüksəkdir.

Səkkizinci pillədə qərarlaşan İrlandiyanın göstəricisi 12,3 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürət 8,4 faiz artıb.

Doqquzuncu yerdə Çexiya qərarlaşmaqla göstəricisi 12,3 Mbit/saniyəyə bərabərdir. Sürət ötən illə müqayisədə 8,4 faiz yüksəlib.

İlk onluğu tamamlayan Finlandiyanın göstəricisi 12,1 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürətdə 33 faizlik artım müşahidə olunur.

Həmçinin 2014-cü ilin sonunda ABЕћ-da internetin sürəti 11,1 Mbit/saniyə, Böyük Britaniyada 10,9 Mbit/saniyə, Kanadada 10,7 Mbit/saniyə, Almaniyada 8,8 Mbit/saniyə, Fransada 7,1 Mbit/saniyə təşkil edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: