Jurnalist Peyman Sadıqov 46 saylı Ећirvan dairəsi üzrə parlament seçkilərində iştirak edəcək

31-08-2015, 07:00
1 381

http://s018.radikal.ru/i519/1508/0f/be33bd5adf05.jpg


Tanınmış jurnalist, "Xalqxeber.Az" İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Ећirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Bu haqda jurnalist Peyman Sadıqov Xalqxeber.Az-a məlumat verib. Onun sözlərinə görə, Ећirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər.
Peyman Sadıqov açıqlamasında deyib ki, Ећirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacibdir. Çünki daim Ећirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Ећirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar, həm də vətəndaş kimi namizədliyini irəli sürəcək dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: "İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq".(XaqlXeber.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: